YUNESKO Komitəsindən Şəkinin Xan sarayı ilə bağlı yeni QƏRAR

YUNESKO Komitəsindən Şəkinin Xan sarayı ilə bağlı yeni QƏRAR Polşanın Krakov şəhərində YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyası öz işini davam etdirir.
Komitə mühafizə olunan mədəni və təbii obyektlərin Ümumdünya İrs Siyahısına təqdim edilən nominasiyaları nəzərdən keçirir.
Azərbaycan tərəfindən “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” sözügedən siyahıya təqdim edilib. Sessiya zamanı ölkəmiz tərəfindən təqdim edilən nominasiya da müzakirə olunub. Müzakirələr zamanı Komitənin üzv ölkələri məşvərətçi qurum olan İKOMOS-un mövqeyi ilə razılaşmayaraq Şəkinin müvafiq kriteriyalar üzrə ümumdünya irsi hesab olunmağa layiq olduğunu bildiriblər. Nəticə etibarilə YUNESKO-nun Ümumdünya İrs Komitəsi tərəfindən “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiya faylı ilə bağlı “referral” qərarı verilib. Bu isə o deməkdir ki, obyektiv olaraq abidənin müstəsna universal dəyəri Komitə tərəfindən bu mərhələdə tanınır və mühafizə və digər məsələlərin həlli üçün Azərbaycan tərəfinə vaxt verilir.
Qeyd edək ki, hazırda İçərişəhər memarlıq kompleksi və Qobustan dövlət tarixi-bədii qoruğu YUNESKO-nun Ümumdünya İrs Siyahısında yer alır.

Təhsil-press.az

Oxşar xəbərlər