Millət vəkili Makedoniya prezidenti və birinci xanımı ilə Alxanlı faciəsini müzakirə edib

Millət vəkili Makedoniya prezidenti və birinci xanımı ilə Alxanlı faciəsini müzakirə edib Millət vəkili Qənirə Paşayeva Makedoniya prezidenti və birinci xanımı ilə görüşüb.
İspaniyada keçirilən beynəlxalq forum çərivəsində Q.Paşayeva Makedoniya prezidenti George İvanov və birinci xanım Maya İvanova ilə görüşüb.
Görüş zamanı Azərbaycanla əməkdaşlığın genişlənməsinə böyük önəm verdiklərini deyən Makedoniya prezidenti bildirib ki, Azərbaycan və Makedoniyanın beynəlxalq arenada bir-birinə qarşılıqlı dəstəyinin daha da artması vacib və əhəmiyyətlidir və bütün sahələrdə əməkdaşlıq genişlənir. O, Azərbaycan prezidenti İlham Əliyevlə dost münasibətlərinin olduğunu və bunu yüksək qiymətləndirdiyini vurğulayıb.
Millət vəkili görüşdə Ermənistanın törətdiyi vandalizm aktlarından, beynəlxalq ictimaiyyətin bununla bağlı etirazını bildirməsinin vacibliyindən danışıb.
Prezident G.İvanov Azərbaycana səfəri çərçivəsində önəmli müzakirələrin aparıldığını xüsusi vurğulayaraq, iqtisadiyyat, enerji, turizm və digər sahələrdə əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını deyib. Makedoniya prezidenti iki dost ölkə arasında əməkdaşlığın daha da genişlənməsində millət vəkilləri, QHT və biznes qurumları arasında əməkdaşlığın genişlənməsinin də böyük önəm daşıdığını vurğulayıb.
Millət vəkili Q.Paşayeva Makedoniyanın birinci xanımı M.İvanovaya Azərbaycan qadınlarının cəmiyyətdə rolu ilə bağlı danışıb. Ölkələrin qadın fəalları arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlərin olduğu xüsusi vurğulanıb.
Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Təhsil-press.az

Oxşar xəbərlər