“Türkiyə ədəbiyyatı antologiyası” Azərbaycanda – ilk dəfə

“Türkiyə ədəbiyyatı antologiyası” Azərbaycanda – ilk dəfə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – “Türkiyə ədəbiyyatı antologiyası” (nəsr) işıq üzü görüb.
XIX-XX əsr Türkiyə ədəbiyyatının mənzərəsini ilk dəfə küll halında Azərbaycan oxucusuna təqdim edən kitabda əllidən çox tanınmış Türkiyə ədibinin əsərləri yer alır.
Antologiyanı dilimizə tərcüməçilər – Qəmər Alxanova, Kəmalə Ələkbərova və Sənan Nağı çeviriblər. Ön sözün müəllifi Etimad Başkeçid, redaktorlar – Yaşar Əliyev və Salam Sarvandır.
Kitab iyunun 5-də Yunus Emre Türk Mədəniyyət Mərkəzində geniş ictimaiyyətə təqdim olunacaq.

Tərcümə Mərkəzi

Oxşar xəbərlər