Rumıniya səfiri Tərcümə Mərkəzində

Rumıniya səfiri Tərcümə Mərkəzində İyulun 13-də Rumıniya Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Dan İanku və xanımı Mihaela İanku ARNK yanında Tərcümə Mərkəzində olub. Görüş zamanı Azərbaycan-Rumıniya ədəbi-mədəni əlaqələrinin inkişaf etdirilməsi yollarından, Tərcümə Mərkəzinin bu istiqamətdə həyata keçirdiyi beynəlxalq layihələrdən – müxtəlif dövrlərdə tərcümə və nəşr olunmuş Ejen İonesko, Mirça Kerteresku və digər tanınmış rumın ədiblərinin əsərlərindən söz açılıb, artıq bir çox dillərə tərcümə edilmiş “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın Rumıniyada, rumın yazıçı və şairlərindən ibarət toplunun Azərbaycanda nəşrinə dair məsələlər müzakirə olunub.

Tərcümə Mərkəzi

Oxşar xəbərlər