Argentinada şaxtalar nəticəsində 7 nəfər ölüb

Argentinada şaxtalar nəticəsində 7 nəfər ölüb Argentinanı bürüyən şaxtalar nəticəsində 7 nəfər həlak olub.
Təhsil-press.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda 26 Diario portalı xəbər verir.
KİV-in məlumatına görə, iki nəfər Neuken və Misyones əyalətlərində donvurmadan ölüb.
Daha beş nəfər soyuqdan qorunmaq üçün sobalardan istifadə zamanı dəm qazından boğularaq ölüb.

Təhsil-press.az

Oxşar xəbərlər