Azərbaycanda dünyasını dəyişənlər arasında kişilər qadınlarla müqayisədə çoxdur

Azərbaycanda dünyasını dəyişənlər arasında kişilər qadınlarla müqayisədə çoxdur Azərbaycanda kişilər qadınlarla müqayisədə daha çox dünyasını dəyişirlər.
Ötən il Azərbaycanda 58179 nəfər dünyasını dəyişib ki, onların da 30968-ı kişi, 27211 nəfəri qadın olub.
2015-ci ildə vəfat edən 54697 nəfərdən 29130-u kişi, 25567-i qadın olub. 2014-cü ildə isə bu rəqəm müvafiq olaraq 55648, 29655, 25993 olub.
2013-cü ildə dünyasını dəyişən 54383 nəfərin 29096 nəfəri kişi, 25287 nəfəri qadın olub.
2016-cı ildə dünyasını dəyişənlərin 1531 nəfəri 15-19 yaşlı şəxslər olub. Onların 1044-ü kişi, 487-i qadın olub.

Təhsil-press.az

Oxşar xəbərlər