Azərbaycanda yanacaqdoldurma məntəqələrində yeni ödəniş sistemi tətbiq ediləcək

Azərbaycanda yanacaqdoldurma məntəqələrində yeni ödəniş sistemi tətbiq ediləcək Azərbaycanda böyük yanacaqdoldurma məntəqələri kontaktsız ödənişlər qəbul edəcək.
Mənbə qeyd edib ki, hazırda YDM-lər bank kartları vasitəsilə ödəniş qəbul edən POS-terminallardan istifadə edirlər: “Lakin artıq alınmış yanacağa görə ödənişi kontaktsız kartlar vasitəsilə də həyata keçirmək mümkün olacaq. Burada söhbət “PayPass” kontaktsız ödəmələrdən gedir. Kontaktsız ödəmələrin YDM-lərdə tətbiqinin məqsədi nəğdsiz ödənişin dövriyyəsini, həmçinin istifadəçilərin rahatlığını artırmaqdır”.
Qeyd edək ki, kontaktsız ödəmə texnologiyalı bank kartları "Visa" və "MasterCard" beynəlxalq ödəmə sistemləri tərəfindən buraxılır.

Təhsil-press.az

Oxşar xəbərlər