Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) turizm və qonaqpərvərlik ixtisası üzrə təhsil alan tələbələri Türkiyənin Ərzurum şəhərindəki Atatürk Universiteti tərəfindən təşkil edilən yay məktəbində olublar.“Mədəni körpülər” adlı yay məktəbində 25-dən çox ölkə təmsil olunub. Yay məktəbində tələbələr üçün turizm, marketinq, menecment, sosiologiya və mədəniyyətşünaslığa dair seminarlar da təşkil edilib.
Qeyd edək ki, son yeddi ildə ATMU-nun 14 tələbəsi “Mədəni körpülər” adlı yay məktəbində iştirak edib. Proqram çərçivəsində bu yay məktəbinin iştirakçıları üçün Türkiyənin müxtəlif şəhərlərinə turlar da təşkil olunur.
ATMU-nun Mətbuat Xidməti











