Volqoqrad universitetinin tələbələri Qaradağ rayonunda olub

Volqoqrad universitetinin tələbələri Qaradağ rayonunda olub Volqoqrad Dövlət Universitetinin könüllü tələbələrindən ibarət nümayəndə heyəti Qaradağ rayonunda olublar.
Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, rus dilinin və mədəniyyətinin təbliğatı ilə bağlı Volqoqrad Dövlət Universitetinin könüllü tələbələrindən ibarət nümayəndə heyətinin “Vol QU Ryadom” təhsil layihəsi çərçivəsində Qaradağ rayonuna səfəri 02-06 oktyabr 2017-ci il tarixində nəzərdə tutulub. Tədbirin məqsədi gənclər arasında mehriban qonşuluq ünsiyyətinin yaradılması, rus dilinə və mədəniyyətinə marağın artırılması, fikir mübadiləsi və müzakirələr aparılmasıdır. Səfər zamanı Volqoqrad Dövlət Universitetinin könüllü tələbələri Azərbaycanın tarixi və mədəniyyəti ilə tanış olacaqlar.
Lökbatan qəsəbəsi Heydər Əliyev Mərkəzində açılış tədbiri keçirilib. Qonaqlar ilk öncə Heydər Əliyev Mərkəzi ilə tanış olmuş və daha sonra Mərkəzin akt zalında Lökbatan qəsəbəsində rus bölməsi üzrə təhsil alan şagirdlərlə birgə tədbir keçirilib. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə İsmayılova tədbiri giriş sözü ilə açaraq, Qaradağ rayonu – Volqoqrad şəhərinin qardaşlaşmış əlaqələrindən bəhs edib.
Daha sonra Volqoqrad Dövlət Universitetinin müəllimi Svetlana Çubay, “Amor” təşkilatının Volqoqrad şəhəri üzrə nümayəndəsi Dünya Əhədova çıxış edib.
Təqdimat mərasimi keçirilib, bədii hissə ilə Heydər Əliyev Mərkəzində tədbir yekunlaşıb. Daha sonra Lökbatan qəsəbəsində yerləşən Elxan Həsənov adına 139 nömrəli tam orta məktəbdə tədbir davam etdirilib. Tədbir məktəblilər tərəfindən maraqla qarşılanıb.

Təhsil-press.az

Oxşar xəbərlər