Qaradağın orta məktəblərində "Son zəng" tədbirləri qeyd olundu

Qaradağın orta məktəblərində Ötən gün Qaradağ rayonunun tam orta məktəblərində də "Son zəng" tədbirləri təntənəli qeyd olundu. Tədbirlərin keçirilməsi üçün məktəb kollektivləri tərəfindən yüksək səviyyədə təşkilatı işlər aparılaraq, bu gün bütün məzunların və iştirakçıların uzun illər ərzində yadında qalan əlamətdar hadisəyə çevrilməsi üçün əllərində gələni etdilər. Tehsil-press.az-ın verdiyi məlumata görə, hər bir tədbir Azərbaycanın dövlət bayrağının səhnəyə gətirilməsi və dövlət himninin səsləndirilməsi ilə başladı.
Ulu Öndərin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün ölkə rəhbərliyi tərəfindən təhsil sahəsində aparılan siyasətdən danışıldı, rayonumuzda son illər ərzində təhsil ocaqlarının yenidən tikilməsi, əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz edilməsini təhsildə keyfiyyətin yüksəlməsinə təsir edən amil kimi qiymətləndirdilər. Müstəqil həyatın astanasında duran məzunlara, ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzuladılar.
Lökbatan qəsəbəsində yerləşən Neftçi Qurban adına 288, Sahil qəsəbəsindəki 319 və Ələt qəsəbəsindəki Seyfulla Məmmədov adına 110 nömrəli tam orta məktəblərində Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavinləri Elnur Qurbanov və Təranə İsmayılova, məktəb kollektivi və valideynlər iştirak etdilər.
Tədbirlərdə çıxış edənlər müstəqil həyatın astanasında duran məzunlarımıza gələcək həyatlarında uğurlar dilədilər, ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzuladılar.
Qeyd etmək lazımdır ki, rayon üzrə 1298 şagird orta məktəbi məzun olaraq bitirdi.


Tehsil-press.az

Qaradağın orta məktəblərində "Son zəng" tədbirləri qeyd olundu

Qaradağın orta məktəblərində "Son zəng" tədbirləri qeyd olundu

Oxşar xəbərlər