S.Vurğun adına Mərkəzi Kitabxanada şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Sabir Yusifoglunun "Dünya ilə heç-heçəyəm" adlı şeirlər kitabının təqdimatı keçirilib.
Tədbirdə şairlərdən Əli Nəcəfxanlı, Zirəddin Qafarlı, Asif Asiman, Namiq Dəlidağlı, Qənirə Mehdixanlı, xalçaçı rəssam Fazil Abbasquluzadə, mərkəzi kitabxananın müdiri Yeganə Əhmədova və digərləri şairin yeni kitabı barədə ürək sözlərini söyləyib, xoş arzulaını çatdırıblar. Daha sonra Sabir Sarvan adına uşaq poeziya klubunun üzvlərinin ifasında Sabir Yusifoğlunun şeirlərindən nünunələr dinlənilib.
Nizami Gəncəvi adına kitabxana klubda tanınmış yazıçı-jurnalist Eyruz Məmmədovla görüş keçirilib. Bədii əsərləri ilə yanaşı publisistik məqalələri ilə tanınan və sumqayıtlı oxucuların böyük rəqbətini qazanan müəllif çıxışı edərək Sumqayıt hadisələri zamanı şahidi olduğu hadisələrdən söhbət açıb. Daha sonra müxtəlif illərdə yazdığı əsərləri, yaratdığı obrazlarla bağlı fikirlərini bölüşüb, oxucuları maraqlandıran sualları cavablandırıb.
M.Ə.Rəsulzadə adına kitabxana filialda "Sumqayıtın ədəbi mühiti" adı altında bir neçə Sumqayıtlı şairlərlə oxucuların görüşü keçirilib. Tədirdə Namiq Dəlidağlı, Sevinc Qərib, Məmmədyar Məmmədyarlı, Emin Piri, Elçin Nur, Elbrus Qayalı, Şəhla Vahid, Günel Eyvazlı, Faiq Hüseynbəyli şeir oxuyub, oxucuların suallarını cavablandırıblar.
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti




