Mirzə Əsgərovun rəhbərlik etdiyi xor daha bir festivalda iştirak edəcək

Mirzə Əsgərovun rəhbərlik etdiyi xor daha bir festivalda iştirak edəcək Həmvətənimiz Mirzə Əsgərovun bədii rəhbəri və dirijoru olduğu M.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) akademik xorunun konsert mövsümü müxtəlif tədbirlərlə zəngindir. Kollektiv noyabrın 11-də Moskva Dövlət Filarmoniyasının “Orkestrion” konsert zalında XVIII “Admiralteyskaya muzıka” beynəlxalq festivalında çıxış edəcək.
Bu barədə məlumat festivalın saytında və MDU-nun akademik xorunun “facebook” səhifəsində yer alıb.
MDU-nun akademik xorunda tələbələr, aspirantlar, bu universitetin əməkdaşları və müxtəlif fakültələrin məzunları, habelə həvəskarlar iştirak edirlər. Ümumiyyətlə, xorun repertuarında 200-dən çox bəstəkarın klassik və müasir əsərləri, müxtəlif dillərdə xalq mahnıları yer alıb.

Tehsil-press.az

Oxşar xəbərlər