Koreyanın Azərbaycandakı səfirliyi Uşaq-Gənclər İnkişaf Mərkəzinə milli geyimlər hədiyyə edib

Koreyanın Azərbaycandakı səfirliyi Uşaq-Gənclər İnkişaf Mərkəzinə milli geyimlər hədiyyə edib Oktyabrın 23-də Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-Qyu Bakıdakı 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində olub.
Mərkəzin direktoru Lalə Qəti qonaqları uşaqlar üçün yaradılmış şəraitlə tanış edib.
Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycanda elm və təhsilə dövlət qayğısından danışıb, son illər ərzində ölkəmizdə üç mindən çox məktəbin tikilib istifadəyə verildiyini bildirib. Qeyd olunub ki, Azərbaycanda elm və təhsillə yanaşı, gənclərin sağlamlığına da diqqət yetirilir. Hər bir bölgədə olimpiya idman komplekslərinin tikilib istifadəyə verilməsi bunu təsdiqləyir.
Azərbaycan ilə Koreya Respublikası arasında əlaqələrin dinamik inkişaf etdiyi, bir sıra sahələrdə, o cümlədən təhsil sahəsində əməkdaşlığın genişləndiyi, müqavilələrin imzalandığı diqqətə çatdırılıb. F.Qurbanov vurğulayıb ki, ölkədə həyata keçirilən dövlət proqramları çərçivəsində azərbaycanlı gənclər Koreya Respublikasının bir sıra nüfuzlu universitetlərində təhsil alırlar. Onlar Koreya xalqının qonaqpərvərliyini, mədəniyyətini və təhsil səviyyəsini yüksək dəyərləndirirlər.
Səfir Kim Çanq-Qyu səmərəli əməkdaşlıq üçün təşəkkür edib, mərkəzin onda xoş təəssürat yaratdığını vurğulayıb. O, Koreya Respublikası ilə Azərbaycan arasında təhsil münasibətlərinin daha da inkişaf edəcəyinə əminliyini bildirib. Səfir uşaqlara mənəvi dəyərlərin kiçik yaşlarından aşılanmalı olduğunu söyləyib. İki ölkənin təhsil sistemlərini müqayisə edən diplomat deyib ki, Azərbaycanındakı təhsil müəssisələrində şagirdlərə, tələbələrə insani dəyərləri, necə yaşamağı, necə davranmağı, hansı fəaliyyətlə məşğul olmağı öyrədirlər. Bu isə inkişafa birbaşa təkan verir.
Daha sonra səfirlik tərəfindən mərkəzə Koreya Respublikasının 24 milli geyimi, 12 yelpik və Qış Olimpiya Oyunlarının simvolu hədiyyə olunub.
Mərkəzin “Azəri inciləri” uşaq qrupu Koreya Respublikasının milli rəqslərini ifa ediblər.

Koreyanın Azərbaycandakı səfirliyi Uşaq-Gənclər İnkişaf Mərkəzinə milli geyimlər hədiyyə edibKoreyanın Azərbaycandakı səfirliyi Uşaq-Gənclər İnkişaf Mərkəzinə milli geyimlər hədiyyə edibKoreyanın Azərbaycandakı səfirliyi Uşaq-Gənclər İnkişaf Mərkəzinə milli geyimlər hədiyyə edibKoreyanın Azərbaycandakı səfirliyi Uşaq-Gənclər İnkişaf Mərkəzinə milli geyimlər hədiyyə edibKoreyanın Azərbaycandakı səfirliyi Uşaq-Gənclər İnkişaf Mərkəzinə milli geyimlər hədiyyə edibKoreyanın Azərbaycandakı səfirliyi Uşaq-Gənclər İnkişaf Mərkəzinə milli geyimlər hədiyyə edibKoreyanın Azərbaycandakı səfirliyi Uşaq-Gənclər İnkişaf Mərkəzinə milli geyimlər hədiyyə edib

Tehsil-press.az

Oxşar xəbərlər