
İnstitutun elmi katibi, dosent Əzizağa Nəcəfov tələbələrə “Şah İsmayıl Xətainin əsərlərinin dili” mövzusunda mühazirə oxuyub. Alim mühazirəsində Şah İsmayılın irsinin araşdırıcıları, dünyanın müxtəlif kitabxanalarında qorunan əlyazmalar əsasında hazırlanmış külliyyatının tənqidi mətni, əsərlərindəki dilin sadəliyi və təmizliyi barədə geniş məlumat verib. O, həmçinin Xətainin təxəllüsü və şairin ulu babası Şeyx Səfiəddinin anadilli əsərləri ilə bağlı mübahisəli məsələlərə aydınlıq gətirib, tələbələrin suallarını cavablandırıb.
AMEA-nin Mətbuat xidməti