Bağırsaqlarından 639 ədəd mismar çıxdı

Bağırsaqlarından 639 ədəd mismar çıxdı Hindistanın Qobarqdanqa bölgəsində qəribə hadisə baş verib.
Mədə ağrısı ilə xəstəxanaya gedən 48 yaşlı bir kişi tomoqrafiya edilib.
Müayinə zamanı isə həkimlər gördüklərinə inana bilməyiblər. Belə ki, həmin şəxsin bağırsağında yüzlərlə dəmir cismlər görünüb.
Təcili olaraq əməliyyat edilən kişinin mədəsindən 639 ədəd mismar çıxarılıb. Mismarların bir çoxunun ölçüsü 5 sm-dən çox olub.
Məlumata görə, hazırda xəstənin vəziyyəti normaldır. Həkimlər xəstənin psixoloji problemlə əlaqədar mismar udduğunu deyiblər.

Tehsil-press.az


Oxşar xəbərlər