Sabah ölkə ərazisində buludlu, yağmursuz hava olacaq

Sabah ölkə ərazisində buludlu, yağmursuz hava olacaq Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Tehsil-press.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 7-10° isti, gündüz 16-20° isti, Bakıda gecə 8-10° isti, gündüz 18-20° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq.
Tibbi-meteoroloji proqnoz
Noyabrın 6-dək Abşeron yarımadasında mülayim payız havası meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, Lənkəran-Astara zonasında çiskin olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 15-20° isti, dağlarda gecə 0-4°, gündüz 6-11° isti olacağı gözlənilir.

Tehsil-press.az

Oxşar xəbərlər