Evlilik təklifi üçün 25 ədəd iPhone X aldı

Evlilik təklifi üçün 25 ədəd iPhone X aldı Çində gənc oğlan sevgilsinə evlilik təklif etmək üçün 25 ədəd iPhone X alıb.
Videoyun yaradıcısı olan Çen Minq aldığı telefonları ürək formasında düzərək ətrafını qırmızıgül ləçəkləri ilə bəzəmiş və həmin mərkəzə isə üzük qoyub. Dostlarının köməkliyi ilə baş tutan sürpriz müsbət sonluqla bitib. Belə ki, gənc oğlan evlilik təklifinə razılıq ala bilib.
Telefonların sayının 25 olması Li adlı qızın yaşı ilə bağlıdır. Bu sürpriz üçün məhz iPhone X-in seçilməyi heç də təsadüfi deyil. Belə ki, Çen Minq məhz iOS əməliyyat sistemi üçün mobil oyunlar hazırlayır.
İki nəfər üçün 25 ədəd iPhone X modelinin çox olduğuna qərar verən cütlük smartfonları öz dostları arasında paylayıblar.
Bütün bunlar isə Minqə 31.5 min dollara başa gəlib.

Evlilik təklifi üçün 25 ədəd iPhone X aldıEvlilik təklifi üçün 25 ədəd iPhone X aldı

Tehsil-press.az

Oxşar xəbərlər