Unibank Mobile-la əməliyyat et, İphone 6S qazan

Unibank Mobile-la əməliyyat et, İphone 6S qazan Bank filialına getmədən, ödəmə terminalı axtarmadan, elə evdə, işdə oturduğunuz yerdəcə telefonunuzdan bank əməliyyatı etməkləə İphone 6S qazanmaq mümkündür. Bu şansı Unibank yaradır.

Bankdan Tehsil-press.az-a verilən məlumata görə, Unibank Mobile əlavəsi istifadəçiləri arasında keçirilən lotereyanın şərtlərinə əsasən, mobil bankinqlə əməliyyat edən müştərilər onlarla dəyərli hədiyyə qazanacaqlar.
Lotereyada oynanılan hədiyyələr bunlardır:
-İphone 6S 16 GB Space Grey – 2 ədəd
-Dinamik Bose SoundLink Mini Bluetooth II – 2 ədəd
-100 manatlıq Albukart – 5 ədəd
-50 manatlıq Albukart – 15 ədəd

Lotereya 12 iyulda başlayır və oktyabrın 12-dək davam edəcək. 24 qalibin müəyyənləşdiriləcəyi tiraj 28.10.2016 tarixində oynanılacaq və iki hissədən ibarət olacaq. Birinci hissədə 12 iyul-12 oktyabr 2016 -cı il tarixləri arası Unibank Mobile əlavəsində əməliyyat edən müştərilər iştirak edəcək. Unibank Mobile əlavəsində hər biri minimum 5 AZN olan 3 əməliyyat, iştirakçıya 1 şans qazandıracaq. Lotereya dövrünə düşən hər təqvim ayı müştəri edəcəyi əməliyyatlardan maksimum 50 şans, yəni ümumi 3 ayda 150 şans toplaya biləcək.
İkinci hissədə lotereya müddətində Unibank Mobile əlavəsini yükləyərək 12 iyul-12 oktyabr tarixləri arasında minimum 1 əməliyyat edən müştərilər iştirak edəcək. Hər müştərinin yalnız bir şansı olacaq. Birinci hissədə qalib gələn müştərilər, ikinci hissədə iştirak edə bilməzlər.
Unibank Mobile əlavəsində şans qazandıran əməliyyatlar bunlardır:
Kredit ödənişi;
Pul köçürmələri
Hesabdan hesaba, kartdan hesaba, hesabdan karta fərqli valyutada
Güzəştsiz kartdan hesaba
Hesabdan güzəştli karta
Kartdan karta
Cari hesabdan əmanət hesabına fərqli valyutada
Kartdan əmanət hesabına
Mobil operator ödənişləri
Stasionar telefon ödənişləri
Kommunal ödənişlər
İnternet, Kabel TV ödənişləri
Asan imza ilə əmanət təminat altında kredit açmaq.
Asan imza ilə əmanət hesabı açmaq.
Digər əməliyyatlar lotereyada iştirak etmir və reversal (ləğv olunmuş) əməliyyatlar şans kimi qiymətləndirilməyəcək. Lotereyada iştirak Unibankın işçilərinə şamil edilmir. Tiraj bankın baş ofisində (R.Behbudov küçəsi 55) keçiriləcək.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından və yaxud facebook və twitter səhifələrindən əldə etmək olar.


Tehsil-press.az

Oxşar xəbərlər