
Tehsil-press.az Anadolu agentliyinə istinadən xəbər verir ki, çağırışı “Intersindical-CSC” adlı təşkilat edib.
Tətilə müstəqillik tərəfdarı olan ictimai təşkilat və şirkətlərdən də dəstək gəlib.
Məlumata görə, Barselona şəhərində etirazçılar 6 magistral yolu kəsib. Daha çox nəqliyyat sektorunu hədəf alan tətil səbəbindən 60-dan çox ərazidə avtomobil və dəmiryolu hərəkəti iflic vəziyyətə düşüb.
Hazırda polislər etirazçıları fikrindən daşındırmağa çalışır. Hələlik qarşıdurmanın olmadığı bildirilib.
Tehsil-press.az