ABŞ Prezidenti Donald Tramp Asiya turnesi çərçivəsində noyabrın 7-də Koreya Respublikasına səfər edib. Səfər zamanı o ABŞ-ın hərbi bazası olan Hamfris düşərgəsinə baş çəkəcək. Səfər zamanı D. Tramp Koreya Respublikasının prezidenti Mun Ce-in ilə görüşəcək. Görüşdə Koreya yarımadasında yaranmış vəziyyəti, Şimali Koreyanın nüvə-raket təhdidlərinə qarşı birgə müdafiə mövzularını da müzakirə ediləcək.