Azərbaycan Dillər Universitetində Çin qadın paltarlarının müasir modelləri nümayiş etdirilib

Azərbaycan Dillər Universitetində Çin qadın paltarlarının müasir modelləri nümayiş etdirilib Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin xalqının etno-mədəni tarixində ənənəvi geyimlərin rolunun öyrənilməsinə həsr olunan “Çin modası: ənənələrdən günümüzə qədər” mövzusunda tədbir keçirilib.
Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov yazılı abidə və portretlərdə, qədim Çinin xüsusi qanunlarında əks olunmuş kişi və qadın milli geyim formalarını əks etdirən Çin kostyumunun tarixi barədə məlumat verib. R.Abbasov, həmçinin rəsmi və təntənəli mərasimlər üçün nəzərdə tutulan Çin zadəgan və bayram kostyumlarından, unikal yol kostyum və plaşlarından -“yağış paltarlar”ından, Çin geyimlərinin dekorativ elementlərinin simvolizmindən danışıb.
Azərbaycanın ilk peşəkar rəssam-modelyeri, əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin modelləşdirmə kafedrasının dosenti, “Fakhriya Khalafova” moda evinin təsisçisi Fəxriyyə Xələfova Çində keçirilən İkinci Avrasiya İpək Yolu geyim festivalında iştirakından danışıb.
Rəssam-modelyer bildirib ki, milli rəngi və unikal Azərbaycan folklor bəzəklərini əks etdirən əl ilə işlənmiş naxışlı müəllif kolleksiyasını həmin festivalda nümayiş etdirib. F.Xələfova, həmçinin üslub və dekorasiya, parlaq rənglər, modellərin və aksesuarların özünəməxsusluğu, toxuculuq xüsusiyyətləri, toxuculuğun unikal kombinasiyaları, Şərq və Qərbi bir araya gətirən modellər və aksesuarların orijinallığı ilə fərqlənən paltar hazırlamağın sirlərini bölüşüb.
Konfutsi İnstitutunun müəllimi Çen Siaojen zərifliyi, konseptual milli tərzi, unikal rəng və dekorasiyası ilə fərqlənən Çin kostyumunun ənənəvi xüsusiyyətlərini izah edib. Ənənəvi ipək geyimləri sayılan “tsipao” və “xanfu” xalatının əsas üslubları xüsusi vurğulanıb.
Tədbirin sonunda Çin qadın paltarlarının müasir modelləri nümayiş etdirilib.

ADU-nun Mətbuat Xidməti


Azərbaycan Dillər Universitetində Çin qadın paltarlarının müasir modelləri nümayiş etdirilibAzərbaycan Dillər Universitetində Çin qadın paltarlarının müasir modelləri nümayiş etdirilibAzərbaycan Dillər Universitetində Çin qadın paltarlarının müasir modelləri nümayiş etdirilibAzərbaycan Dillər Universitetində Çin qadın paltarlarının müasir modelləri nümayiş etdirilibAzərbaycan Dillər Universitetində Çin qadın paltarlarının müasir modelləri nümayiş etdirilibAzərbaycan Dillər Universitetində Çin qadın paltarlarının müasir modelləri nümayiş etdirilib


Oxşar xəbərlər