Bakı Dövlət Universitetində “525-ci qəzet”in 25 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universitetində “525-ci qəzet”in 25 illik yubileyi qeyd olunub Noyabrın 17-də Bakı Dövlət Universitetində (BDU) “525-ci qəzet”in 25 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov Azərbaycanın müasir mətbu fikir tarixində və ictimai-mədəni həyatında mühüm yerə və nüfuza malik olan “525-ci qəzet”in kollektivini yubiley münasibətilə təbrik edib. Bildirilib ki, təxminən ölkəmizin müstəqilliyi ilə yaşıd olan “525-ci qəzet” nəşrə başladığı ilk gündən Azərbaycan həqiqətlərini obyektiv və peşəkarlıqla təqdim edib, ictimai-siyasi və mədəni proseslərdə fəal iştirak edərək milli mətbuat salnaməmizdə özünəməxsus mövqe qazanıb. Rektor Bakı Dövlət Universitetində ictimai maraq doğura biləcək bütün tədbirlərin qəzetin səhifələrində yer aldığını vurğulayıb. O deyib: “Bakı Dövlət Universitetinin tədris həyatı, elmi fəaliyyəti, ayrı-ayrı önəmli professorlarımız haqqında portret oçerklər - bütün bunlar “525-ci qəzet”in daim diqqət mərkəzindədir. “525-ci qəzet” ən çox sevdiyim, güvəndiyim, yazılarından zövq aldığım qəzetlərdəndir. Bu qəzetin şənbə buraxılışları ölkəmizin siyasi, ictimai, mədəni həyatının güzgüsüdür. Universitet kollektivinin “bizim qəzet” adlandırdığı “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Bakı Dövlət Universitetinin dostu” adına layiq görülüb. Universitetimiz qəzetin yarandığı ilk vaxtlardan onun abunəçisidir”.
Tədbirdə bildirilib ki, “525-ci qəzet”in 25 illik yubileyi ilə bağlı BDU-nun professoru Cahangir Məmmədlinin rəhbərliyi ilə xüsusi nəşr layihəsi həyata keçirilib. Bununla əlaqədar hazırlanan kitabda Azərbaycanın dəyərli qələm adamlarının fikirləri, yazıları yer alıb.
Professor C.Məmmədlinin məruzəsindən sonra Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul işçisi Vüqar Səlimov, akademik Nizami Cəfərov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, BDU-nun professoru Şirməmməd Hüseynov, Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət müşaviri İrfan Ciftçi “525-ci qəzet”lə bağlı fikirlərini bölüşüblər. Çıxışlarda tarixi ənənələrini qoruyub saxlayan “525-ci qəzet”in bundan sonra da ilk gündən müəyyənləşdirdiyi azərbaycançılıq xəttini uğurla davam etdirərək öz oxucu auditoriyasını daha da genişləndirəcəyinə inam ifadə olunub.

Bakı Dövlət Universitetində “525-ci qəzet”in 25 illik yubileyi qeyd olunubBakı Dövlət Universitetində “525-ci qəzet”in 25 illik yubileyi qeyd olunubBakı Dövlət Universitetində “525-ci qəzet”in 25 illik yubileyi qeyd olunubBakı Dövlət Universitetində “525-ci qəzet”in 25 illik yubileyi qeyd olunubBakı Dövlət Universitetində “525-ci qəzet”in 25 illik yubileyi qeyd olunub

Hikmət Əliyev


Oxşar xəbərlər