Gəncə Dövlət Universitetində 22 İyul – Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib.
Rektorun baş müşaviri, tarix üzrə fəlsəfə doktoru Asif Cavadov Azərbaycan mətbuatının keçdiyi çətin və şərəfli yoldan danışıb.
Bildirilib ki, 1875-ci il iyulun 22-də bütün türk və müsəlman dünyasında ilk dəfə böyük ziyalı, təbiətşünas alim Həsən bəy Zərdabinin redaktorluğu ilə “Əkinçi” qəzeti nəşrə başlayıb. Həsən bəy Zərdabi bu qəzet vasitəsilə əqidə dostları Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Əsgər ağa Adıgözəlov (Gorani), Seyid Əzim Şirvani və başqa şəxslərlə cəhalətə qarşı mübarizə aparıb, millətin savadlanması, qadınların hüquqlarının qorunması istiqamətində yazılarla çıxış edib. Cəmi 56 nömrəsi çapdan çıxmasına baxmayaraq bu qəzet qısa müddətdə xalq milli ruhunun ifadə olunduğu mətbuat orqanına çevrilib. Əkinçi qəzetinin yaydığı maarifçilik ideyaları sonrakı dövrlərdə də digər qəzet və jurnallarda davam etdirilib. Əkinçidən sonra Ziya, Ziyayi Qafqaziyyə, Kəşkül, Açıq söz, Şərqi-Rus, Molla Nəsrəddin kimi qəzet və jurnallarda əks olunan demokratik fikirlər, milli ideyalar, müstəmləkəçilik və Şərq istibdadı əleyhinə çıxışlar, cəhalət, xürafat və fanatizmin tənqidi, eləcə də ictimai tərəqqi və xalqın rifah halının yüksəldilməsi uğrundakı çıxışlar sonradan Azərbaycanda milli dövlət ideyasının qurulmasına gətirib çıxarmışdır.
Asif Cavadov ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin milli mətbuatımızın yüksəlişi və tərəqqisi naminə gördükləri işlərdən də söz açıb.
Tədbirdə Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə çıxış edərək deyib ki, son illərdə ali təhsil müəssisəsində elm və təhsilin bütün sahələri kimi, mətbuatın inkişafı da diqqətdə saxlanılıb. Bu illər ərzində Gəncə Dövlət Universitetinin mətbuat orqanı olan “Yüksəliş” qəzetinin maddi-texniki bazası yüksəldilib, əməkdaşlar üçün müasir iş şəraiti yaradılıb. Həmçinin mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin fəaliyyəti yenidən təşkil edilib. Bu inkişafın nəticəsidir ki, hazırda Gəncə Dövlət Universitetinin KİV-lərlə əlaqələri möhkəmlənib, ayrı-ayrı jurnalistlər tərəfindən ali təhsil müəssisəsində aparılan elmi araşdırmalara, təhsil prosesinə və infrastruktur yenilənməsinə həsr olunan məqalə, xəbər və reportajların sayı artıb.
Bununla yanaşı, Gəncə Dövlət Universitetinin internet saytında və müxtəlif sosial şəbəkələrdə universitetlə bağlı informasiyaların yerləşdirilməsində operativlik, dəqiqlik və düzgünlük təmin edilib.
“Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova, “Новости Гянджи” qəzetinin baş redaktoru İrina Kalaşnikova, “Yüksəliş” qəzetinin baş redaktoru Qərib Mehdi çıxış edərək, mətbuat işçilərinə hərtərəfli diqqət və qayğı göstərdiyinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Mətbuat nümayəndələri bundan sonra da yorulmaz və fədakar fəaliyyətləri ilə hər zaman dövlətimizin və xalqımızın mənafeyinə sədaqətlə xidmət edəcəklərinə, onlara göstərilən yüksək etimadı qoruyub saxlayacaqlarına söz veriblər.
Sonda bir qrup mətbuat nümayəndəsinə Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov adından Fəxri Fərmanlar təqdim olunub.
GDU-nun Mətbuat Xidməti