“Gənc olsam villa da alardım” - 73 yaşlı Çehre

“Gənc olsam villa da alardım” - 73 yaşlı Çehre “Aşk-I Memnu” serialındakı Firdevs obrazı ilə fenomenə çevrilən Nebahat Çehre Türkiyədə çəkilən seriallardan şikayətlənib.
Aktrisa İstanbulun Etiler ərazisində mağazadan çıxarkən görüntülənib və jurnalistlərin suallarını cavablandırıb.
O, reytinq üçün mübarizəyə atılan film şirkətlərini tənqid edib. Çehre deyib ki, cəmi bir-iki serial izləyir və Türkiyə istehsalı olan ekran işlərini bəyənmir.
73 yaşlı aktrisa daha sonra “Pulla işim yoxdur. Sadə bir həyatım var. Əlimizdəki evləri saxlamağa çalışıram. Gənc olsaydım villa da alardım. İndi qazanc yaxşıdır. Əvvəl biz pul qazana bilmirdik”- deyə açıqlama verib.

Tehsil-press.az


Oxşar xəbərlər