Rusiyada vəhşicəsinə döyülən azərbaycanlı tələbə öldü

Rusiyada vəhşicəsinə döyülən azərbaycanlı tələbə öldü Rusiyanın Perm şəhərində vəhşicəsinə döyülən azərbaycanlı tələbə bu gün xəstəxanada keçinib.
Bu barədə APA-ya Permdəki Azərbaycan diasporunun sədri Çingiz İsayev bildirib.
O, həkimlərin səylərinə baxmayaraq, Hüseyn Mustafayevi xilas etməyin mümkün olmadığını söyləyib.
Qeyd edək ki, noyabrın 18-19-na keçən gecə Permdəki Farmakoloji Akademiyanın tələbəsi, Azərbaycan vətəndaşı, 1990-cı il təvəllüdlü Mustafayev Hüseyn Etibar oğlu naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.
Hadisədən bir neçə gün sonra onu döyən şəxslər polis tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Tehsil-press.az




Oxşar xəbərlər