
Sabiq nazir 1956-cı il noyabrın 28-də Bakı şəhərində anadan olub. Əməkdaşları onlarla cinayət işində iştirak etsə də, E. Mahmudovun özü ilə bağlı son günlərə qədər heç bir rəsmi suçlama yox idi. Yalnız bir müddət əvvəl əmisi oğlu və köməkçisi olmuş Vüqar Mahmudovun həbsindən sonra onun cinayət işi üzrə ilk dəfə olaraq o prokurorluqda dindirildi. Faktiki olaraq Mahmudov ev dustağı deyil, yaxın qohumları ilə əlaqə saxlayır.
Xatırladaq ki, MTN rəhbərliyində kifayət qədər cinayət faktları üzə çıxdıqdan sonra E. Mahmudov vəziəsindən azad edilib və bu cinayətdə iştirak edənlərin böyük əksəriyyəti həbs olunub.
Məhkəmə proseslərində üzə çıxan faktlar E. Mahmudovun bu proseslərə birbaşa rəhbərlik etdiyini üzə çıxarır və bütün yolların keçmiş naziri də həbsə apardığını söyləməyə imkan verir.
Tehsil-press.az