Dekabrın 1-də Azərbaycan Dillər Universitetində (ADU) “Türkologiya” jurnalının fəaliyyətinə həsr olunan “dəyirmi masa” keçirilib.
Tədbirdə bu ali təhsil müəssisəsinin rektoru, akademik Kamal Abdulla baş redaktoru olduğu jurnalın fəaliyyəti haqqında məlumat verib. K.Abdulla qeyd edib ki, “Türkologiya” jurnalı son vaxtlar dörd təşkilatın indeksini qazanıb və elmə verdiyi yeniliyə görə impakt faktoru göstəricisinə malikdir. Bu da jurnalın beynəlxalq aləmdə nüfuzunun göstəricisidir.
Rektorun sözlərinə görə, jurnal dilçilik sahəsi ilə yanaşı, tarix, ədəbiyyat, incəsənət, mifologiya, psixologiya və yazılı abidələri öyrənməklə türk dünyasının ən müxtəlif intellektual istiqamətlərini əhatə edir. K.Abdulla, həmçinin jurnalın fəaliyyətinin genişləndirilməsi istiqamətində qarşıda duran vəzifələrdən danışıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun direktoru, “Türkologiya” jurnalının baş redaktorunun müavini, akademik Möhsün Nağısoylu, AMEA-nın Folklor İnstitutunun direktoru, ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov jurnalın yaranması, fəaliyyəti, əhəmiyyəti və hədəfləri barədə fikir və təkliflərini səsləndiriblər. Bildirilib ki, K.Abdulla baş redaktor təyin olunandan sonra jurnalın coğrafiyası və nüfuz dairəsi genişlənib. Həmçinin jurnalın xarici dillərdə nəşr olunmasının onun əhatə dairəsinin daha da genişlənməsinə şərait yaradacağı vurğulanıb, ədəbi abidələr, tarix və fəlsəfə, mifologiya, türk yazı sistemi problemləri haqqında fikir mübadiləsi aparılıb.
Tədbir universitetin azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası və “Türkologiya” jurnalının redaksiya heyətinin birgə təşkilatçılığı ilə keçirilib.
ADU-nun Mətbuat Xidməti