UNEC: Elektron kargüzarlığa keçid idarəetmədə operativliyi və şəffaflığı təmin edib

UNEC: Elektron kargüzarlığa keçid idarəetmədə operativliyi və şəffaflığı təmin edib Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) elektron sənəd dövriyyəsi sistemi tətbiq edilir. Bununla bağlı UNEC-də elektron kargüzarlığın təkmilləşdirilməsi ilə bağlı təlimlər keçirilib.
Təlimlərdə e-sənəd dövriyyəsinin üstünlüklərindən danışılıb.
UNEC-in ümumi şöbəsinin müdiri Rəşad Muradov qeyd edib ki, elektron kargüzarlığa keçid idarəetmədə operativliyi və şəffaflığı təmin edib. Sistem vasitəsilə universitetə daxil olan müraciətlər qısa müddətdə cavablandırılır. Elektron sənəd dövriyyəsi ötən illərlə müqayisədə 2 dəfə artıb. Elektron sənəd dövriyyəsi, həm də universitetdə kağızdan istifadəni minimuma endirib.
Universitetdə hazırda elektron sənəd dövriyyəsində 95 struktur bölmənin cəmləşdiyini diqqətə çatdıran R.Muradov gələcəkdə istifadəçilərin sayının artırılacağını bildirib.
İki gün davam edən təlimlərdə UNEC-in elektron sənəd dövriyyəsi sisteminin test versiyası üzərindən sənədlərin hazırlanması, imzalanması, göndərilməsi prosesləri izah edilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər