
Belə bir fakt Ağdaş rayonunda olub. Belə ki, qoşa xəttin tələbini pozanlar kimi təhlükəli manevrlər edib digər hərəkət iştirakçılarına təhlükə yaradanlar da olub.
Görüntülər Ağdaş rayonunun mərkəzində toy karvanında lentə alınıb. Ən çox “VAZ-2107” markalı avtomobillərin yer aldığı “'kortej”də sürücülər yol hərəkəti qaydalarına məhəl qoymurlar. Təhlükəli manevrlər etməklə 'avtoş''luqlarını nümayiş etdirilər. Qoşa xəttin tələbini pozaraq əsas prospektdə qarşıdan gələn nəqliyyata mane olan sürücülər qadağan edilmiş yüksək avazlı səs siqnalından da istifadə edirlər.
Həmin sürücülər təxminən 7-8 kilometr məsafədə bəy-gəlin maşınını bu şəkildə müşayiət edirlər. Yolun hərəkət zolaqlarını tutur, üstəlik, yolayrıclarını necə gəldi, keçirlər. Görüntüləri izləyən yol-hərəkəti üzrə ekspert Ərşad Hüseynov da bunun kobud qayda pozuntusu olduğunu deyir.
Tehsil-press.az