
Tramp özündən əvvəlki prezidentlərin Qüdslə bağlı bir şey etmədiklərini və indi lazımi addımı atmağın zamanı olduğunu deyib:
“Qüdslə bağlı qərar çoxdan verilməli idi”.
Qeyd edək ki, Qüdsün İsrailin paytaxtı elan edilməsi iddiasına bir çox ölkə, həmçinin Avropa Birliyi sərt münasibət bildirib. ABŞ-a regionda qarışıqlıq yaratmamaq barədə çağırış edilib.
***
Tramp ictimaiyyət qarşısında çıxışına başlayıb. O, Qüdsü İsrailin paytaxtı olaraq tanıdığını rəsmən elan edib.
ABŞ prezidenti Təl-Əvivdəki konsulluğun Qüdsə köçürülməsi üçün göstəriş verib.
Tehsil-press.az