Obama yeni Hitlerin meydana çıxacağından ehtiyatlanır

Obama yeni Hitlerin meydana çıxacağından ehtiyatlanır ABŞ-ın keçmiş prezidenti Barak Obama Amerika demokratiyasının kövrəkliyi və millətçiliyin artması barədə xəbərdarlıq etmişdir. Bu barədə “Crain’s Chicago Bussiness” qəzeti xəbər verir.
“Bu, 1930-cu illərdə Almaniyada baş vermiş hadisələr kimidir. Veymar Respublikasının demokratiyasına, habelə çoxəsrlik mədəni və elmi nailiyyətlərə baxmayaraq, Adolf Hitler peyda olmuşdur” - deyə Obama bildirmişdir. Eks-prezident xatırlatmışdır ki, Üçüncü Reyxin dövründə 60 milyon nəfər həlak olmuşdur və buna diqqət yetirmək lazımdır.
Obama ABŞ-ın yeni Prezidenti Donald Trampın adını çəkməsə də, qəzet hesab edir ki, söhbət məhz Trampdan, onun “Amerikanı yenidən böyük edək!” şüarından və immiqrasiya fərmanından gedir.
Xatırladaq ki, ABŞ Ali Məhkəməsi Trampın altı müsəlman dövlətinin (İran, Yəmən, Liviya, Suriya, Somali və Sudan) vətəndaşlarının ölkəyə girişinə qoyduğu qadağanı təsdiq etmişdir. Qeyri-leqal miqrantlara qarşı mübarizə ABŞ Prezidentinin əsas seçkiqabağı vədlərindən biri idi. O, bu ilin yanvarında Meksika ilə sərhəddə divar tikilməsini nəzərdə tutan “Dövlət sərhədlərinin mühafizəsi” barədə fərman imzalamışdır.

Tehsil-press.az


Oxşar xəbərlər