Əlillərin məşğulluğunun təmin edilməsinə dair layihəyə start verilib

Əlillərin məşğulluğunun təmin edilməsinə dair layihəyə start verilib Tədbiri aparan BP şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı ölkəmizdə əlilliyi olanlar üçün ilk dəfə təşkil edilən bu tədbirin əhəmiyyəti barədə danışılıb. BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz çıxış edərək layihənin məqsədləri haqqında məlumat verib. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BP şirkətinin əlillərin məşğulluğuna yönəldilmiş layihəsini dəstəklədiyini və bu işin sosial əhəmiyyətini vurğulayıb.
Tədbirdə çıxış edən Böyük Britaniyanın ölkəmizdəki səfiri Kerol Meri Krofts və başqaları 100 nəfər əlilə karyerə qurmaq imkanı verən layihəyə uğurlar arzulayıblar.

Tehsil-press.az


Oxşar xəbərlər