“Bir günlük xəlifə” ADU-da yeni layihə həyata keçirilir

“Bir günlük xəlifə” ADU-da yeni layihə həyata keçirilir Bu gün Azərbaycan Dillər Universitetində (ADU) “Bir günlük xəlifə” layihəsi həyata keçirilir.
Layihə çərçivəsində tələbələr gün ərzində universitetin rəhbər strukturlarını idarə edirlər. Həmin gün rəhbər vəzifələri icra edən tələbələrin qərarları tam hüquqi qüvvəyə malikdir. Vəzifələri tutan şəxslər icra etdikləri vəzifənin bir günlük əmək haqqını alacaqlar. Tələbələr universitetin rektoru, prorektorlar, fakültə dekanları da daxil olmaqla 32 rəhbər vəzifəni icra edirlər. Vəzifələri tutan şəxslər həmin gündən universitetin “kölgə kabineti”ni formalaşdırır, kabinet növbəti “Xəlifə günü”nə qədər öz fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, sözügedən layihə ADU-da ilk dəfə olaraq həyata keçirilir. Layihənin əsası ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla tərəfindən qoyulub.

ADU-nun Mətbuat Xidməti


“Bir günlük xəlifə” ADU-da yeni layihə həyata keçirilir“Bir günlük xəlifə” ADU-da yeni layihə həyata keçirilir“Bir günlük xəlifə” ADU-da yeni layihə həyata keçirilir

Oxşar xəbərlər