Alimlər smartfonların orqanizmə mənfi təsirləri haqqında xəbərdarlıq ediblər

Alimlər smartfonların orqanizmə mənfi təsirləri haqqında xəbərdarlıq ediblər ABŞ-ın Səhiyyə Nazirliyi mobil telefonlar və smartfonların orqanizmə mənfi təsirləri haqqında yeni məlumat dərc edib. Elektromaqnit şüalanmasının sızmasını aşkarlayan tədqiqatçılar istifadəçilərə bununla bağlı xəbərdarlıq etməyə qərar veriblər. Nazirlik qurğunu bədəndən mümkün qədər uzaqda saxlamağı tövsiyə edir.
Səhiyyə mütəxəssisləri mobil telefonlardan ayrılan enerjinin uzunmüddətli təsirindən ehtiyatlı olmaq üçün ciddi səbəblərin olduğunu bildiriblər. Həkimlər telefonu cibdə, uzun müddət danışarkən qulağa yaxın, gecələr çarpayının yanında saxlamamağı məsləhət görürlər. Həmçinin hərəkətdə olan avtomobil, avtobus və ya qatarda telefonun adi vaxtda olduğundan daha çox enerji yaydığı müəyyən edilib.
Ekspertlər insanların mobil telefonlardan istifadə riskini düzgün qiymətləndirmədiklərini bildirirlər. Çünki istehsalçılar mobil qurğuların sağlamlığa mənfi təsirləri ilə bağlı lazımi testləri keçirmirlər, çox vaxt onların nəticələrini gizlədirlər.

Kəmalə Rəhimli

Oxşar xəbərlər