
R.Novruzov hazırda islam dünyasında yaşanan problemləri islamın düzgün izah edilməməsi ilə əlaqələndirib. O, islamın yüksək əxlaq və mədəniyyət dini olduğunu bildirib.
Azərbaycanşünaslıq elmi-tədqiqat labaroratoriyasının müdiri, hüquq elmləri namizədi, dosent Sadir Məmmədov Azərbaycan xalqının taleyində, dünyagörüşündə islam mədəniyyətinin son dərəcə böyük rol oynadğını diqqətə çatdırıb. İslamın sonuncu səmavi din olduğunu vurğulayan S.Məmmədov xalqımızın mənəvi dəyərlərinin məhz bu təməli üzərində formalaşdığıını bildirib. O, islam dininin müqəddəs kitabı olan “Quran”ın qan bağladığını, müharibələrə son qoyduğunu qeyd edib. İslam bu gün də ölkələr arasında körpü yaradır, inteqrasiya prosesinə təkan verir deyən natiq hal hazırda bəzi islam ölkələrində baş verənlərin heç birinin islama aid olmadığını bildirib.
BSU-nu Diplomatiya və xarici siyasət kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Əsgər Əhməd “Müasir dövrdə islam və dünyəvilik” mövzusunda çıxış edib. Alim islam dininin əsas postulatlarının əxlaq və mədəniyyətə söykəndiyini, islamın proqressiv bir din olduğunu bildirib. O, islamın ilk çağlardan başlayaraq insanlar arasında qarşılıqlı hörmət və ehtiram təbliğ etdiyini qeyd edib.
“Elm yurdu” Sosial Araşdırmalar İctimai Birliyinin sədri, ilahiyyat elmləri üzrə fəlsəfə doktoru Elşad Mahmudov “Müasir dövrdə gənclərin ictimai-siyasi görüşlərinin formalaşmasında islamın rolu” mövzusunda çıxış edib. Natiq islam dininin tolerant, sosial ədalət dini olduğunu bildirərək gəncləri yad təsirlər altına düşməməyə çağırıb.
Müzakirələrdə universitet tələbələri də iştirak edib.
BSU-nun Mətbuat Xidməti