Azərbaycanda islami dəyərlərin qorunması bütün dünyaya nümunədir

Azərbaycanda islami dəyərlərin qorunması bütün dünyaya nümunədir Oktyabrın 25-də Azərbaycan Dövlət İqtisad Universitetində Prezident yanında Bilik Fondunun təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli”nə həsr olunan tədbir keçirilib.
Yerli və xarici tələbələrin iştirakı ilə keçirilən tədbiri universitetin prorektoru Şaiq Əsgərov açaraq qonaqları təqdim edib.
Tədbirdə Bilik Fondunun beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov təmsil etdiyi qurumun fəaliyyəti haqqında geniş məlumat verib, “İslam Həmrəyliyi İli” çərçivəsində həyata keçirilən layihələrdən danışıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli “Azərbaycanın dövlət siyasətinin prioritetləri və İslam həmrəyliyini şərtləndirən amillər” mövzusunda mühazirə oxuyub. Müxtəlif ölkələrdə dini və etnik zəmində yaşanan qarşıdurmalara qeyri-tolerant düşüncənin səbəb olduğunu diqqətə çatdıran N.Məmmədli bildirib ki, milli mənəvi dəyərlərinə sadiq qalan xalq cəmiyyətdə sabitliyin pozulmasına rəvac verməz.
Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edildiyini xatırladan N.Məmmədli vurğulayıb ki, islamofobiyanın geniş vüsət alması, müsəlmanlara qarşı dözümsüzlük hallarının artması, İslam dininin terror hadisələri ilə əlaqələndirmə iddiaları İslam dünyasında həmrəyliyə böyük zərurət olduğunu bir daha göstərdi. Azərbaycanda islami dəyərlərin qorunduğunu və bu münasibətin dünyaya nümunə olduğunu deyən natiq ölkəmizin siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə ən mühüm layihələrin təşəbbüskarı kimi çıxış etdiyini vurğulayıb.
Sonda auditoriyanı maraqlandıran suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.

UNEC-in Mətbuat xidməti


Azərbaycanda islami dəyərlərin qorunması bütün dünyaya nümunədirAzərbaycanda islami dəyərlərin qorunması bütün dünyaya nümunədirAzərbaycanda islami dəyərlərin qorunması bütün dünyaya nümunədir

Oxşar xəbərlər