
Xəsarət alanlar arasında yerli həvəskar sakinlərdən başqa, hətta ABŞ, Fransa və İtaliyadan turistlər də olub.
Xatırladaq ki, ötən gün də öküz qaçışları zamanı 6 nəfər xəsarət almışdı. Onlardan iki nəfərin öküzlərin zərbələri nəticəsində xəsarət aldığı, 4 nəfərin isə yıxılaraq kəllə-beyin diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat verilmişdi.
Qeyd edək ki, ənənəvi San-Fermin festivalı Pamplonada iyulun 6-da başlayıb və bu gün iyulun 14-də yekunlaşacaq.
Təhsil-press.az