Bakı Ali Neft Məktəbində "Mühəndis Günləri 2017" tədbiri keçirilib

Bakı Ali Neft Məktəbində Bakı Ali Neft Məktəbində (BANM) Gənc Mühəndislərin İnkişafı İctimai Birliyi (GəncMİİB) və “MA Engineering Academy”nin təşkilatçılığı ilə “E-Days'17” (Mühəndis Günləri 2017) adlı tədbir keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd sənayenin ən qabaqcıl şirkətlərinin mütəxəssislərinin tədbirdə iştirak edərək öz təcrübə və biliklərini iştirakçılarla paylaşmasını təmin etmək olub. Tədbirdə BANM-ın rəhbərliyi və tələbələri, sahənin aparıcı şirkətlərinin nümayəndələri, həmçinin müxtəlif universitetlərin tələbələri iştirak ediblər.
Tədbirdə BANM-ın rektoru Elmar Qasımov qonaqları salamlayıb, GəncMİİB-in gənc mühəndislərin inkişafında əhəmiyyətli rolundan danışıb və onun fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayıb.
GəncMİİB-in sədri Yusif Yusifov da tədbir iştirakçıları salamlayıb və BANM-ın rəhbərliyinə göstərdiyi diqqət və dəstəyə görə təşəkkür edib. Daha sonra GəncMİİB-in sədr müavini Zaur Mirzalıyev təşkilatın fəaliyyət istiqamətlərindən, gənc mühəndislərin bilik və bacarıqlarının artırılmasında olan rolundan danışıb.
Tədbirdə BP-nin Xarici işlər şöbəsinin rəhbəri Rəşad Bayramov, Balacans MMC-nin Keyfiyyət və Sətəm departamentinin müdiri Nazim Məmmədov, BP-nin Mexanika mühəndislərinin komanda rəhbəri İlkin Həmidov, T&I Consultancy şirkətinin Araşdırma komandasının lideri Leyla Abdullayeva, BP-nin Elektrik mühəndisi Məhəmməd Əliyev və Keepface şirkətinin Texniki meneceri Elşad Yusifli spiker qismində çıxış edərək auditoriyaya müxtəlif maraqlı mövzularda prezentasiyalar ediblər.
“Mühəndis Günləri 2017”-də etdiyi maraqlı çıxışlarına görə tədbirin spikerlərinə plaketlər təqdim olunub.
Tədbir boyunca müxtəlif şirkətlərin nümayəndələri və 200-dən çox tələbə eyni platformada görüşdürülərək müxtəlif problemləri müzakirə edib və ortaq həll yolu tapmaqla bağlı fikirlər səsləndiriblər.

Hikmət Əliyev

Oxşar xəbərlər