Əsəd Suriyaya yeni müdafiə naziri təyin etdi

Əsəd Suriyaya yeni müdafiə naziri təyin etdi Suriya prezidenti Bəşşar Əsəd yeni müdafiə nazirinin təyin edilməsi barədə fərman imzalayıb.
Tehsil-press.az xəbər verir ki, bu vəzifəyə Abdulla Əyyub təyin edilib. A.Əyyub bundan əvvəl Suriya ordusunun qərargah rəisi vəzifəsində çalışıb. Onun sələfi, sabiq müdafiə naziri Fahed Casem əl-Frəc 2012-ci ildə müdafiə naziri təyin edilib.
Ölkənin sənaye naziri vəzifəsinə Məhəmməd Mazin Əli Yusif, informasiya naziri vəzifəsinə isə İmad Abdulla Sara təyin ediliblər.

Tehsil-press.az

Oxşar xəbərlər