
“İlk kitab” seriyası ədəbi mətbuatda əsərləri müntəzəm dərc edilmiş, bəlli oxucu kütləsi toplamış qələm sahiblərinin debüt kitabının nəşrini, tanıdılmasını və yayılmasını həyəta keçirəcək.
Nəşriyyat, müəllif tərəfindən “İlk kitab” seriyası üçün təqdim olunan əsərə maksimum 1 ay müddətində baxıb nəşr edib-etməyəcəyi haqqında məlumat verir.
Müəlliflər “İlk kitab” seriyasına təqdim edəcəyi əsərləri printerdə çap olunmuş variantda, tərcümeyi-hal və şəxsiyyət vəsiqəsinin surəti ilə birlikdə nəşriyyata təqdim etməlidir.
Təqdimetmə mərhələsində email, yaxud sosial şəbəkələr vasitəsilə əsər qəbul edilmir.
Ünvan: Bakı ş., Tbilisi 72, “Hədəf” Kursları, 505-ci otaq.
Tehsil-press.az