
Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə son illər arxeoloq və etnoqraflarımızın dünya elminə verdiyi töhfələrdən, respublika rəhbərliyinin Azərbaycan elminə göstərdiyi qayğıdan danışıb. Akademik qeyd edib ki, T.Bünyadov maddi və mənəvi mədəniyyətimizi öyrənən Azərbaycan etnoqrafiya elminin yaradıcılarından biri, Vətən tarixinin və arxeologiyasının inkişafında xüsusi xidmətləri olan tədqiqatçı alimdir.
Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova “Böyük tarixçi-xalqşünas alim Teymur Bünyadov” mövzusunda məruzə ilə çıxış edib.
Milli Məclisin deputatı Fəttah Heydərov, akademik Ziyad Səmədzadə, Azərbaycan Tarix Muzeyinin direktoru Nailə Vəlixanlı və digər çıxış edənlər görkəmli alimin elmi fəaliyyətindən söz açıblar.
Elmi sessiya bölmə iclasları ilə davam etdirilib.
Kəmalə Rəhimli

