“NAXÇIVAN” UNİVERSİTETİNDƏ İLK DƏFƏ OLARAQ DOKTORANTURA VƏ DİSERTANTURAYA QƏBUL İMTAHANI APARILIB

“NAXÇIVAN” UNİVERSİTETİNDƏ İLK DƏFƏ OLARAQ DOKTORANTURA VƏ DİSERTANTURAYA QƏBUL İMTAHANI APARILIB “Naxçıvan” Universitetində ilk dəfə olaraq doktorantura və disertanturaya qəbul imtahanı aparılıb. İmtahan başlamazdan əvvəl universitetin rektoru, professor İsmayıl Əliyev çıxış edərək keçirilən imtahanın əhəmiyyətindən danışmış namizədlərə uğurlar arzulamışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikasında yüksək ixtisaslı elmi və elmi pedaqoji kadrların hazırlanması ali təhsilin ən yüksək səviyyəsi olan doktorantura yolu ilə həyata keçirilir və müvafiq elmi dərəcələrin verilməsi ilə başa çatır.
Məlumat üçün onu da qeyd edək ki, imtahanda doktorantura və disertantura üzrə verilmiş 7 yer üzrə 6 namizəd iştirak etmişdir. İmtahanın nəticələri komissiya üzvləri tərəfindən müəyyən edilmişdir. Namizədlər imtahanı uğurla başa vurmuşlar. Onu da bildirək ki, imtahanın gedişatı ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev və tədris işləri üzrə prorektor Hüseyn Bağırsoylu tərəfindən izlənilib.

Hikmət Əliyev

Oxşar xəbərlər