Bakıda aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialına dair beynəlxalq konfrans keçirilir

Bakıda aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialına dair beynəlxalq konfrans keçirilir Fevralın 12-də Milli Aviasiya Akademiyasının Tələbə Tədris Mərkəzində “Fevral məruzələri – aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” mövzusunda III beynəlxalq elmi-praktik gənclər konfransı işə başlayıb.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi, “Azərbaycan Hava Yolları” QSC, Milli Aviasiya Akademiyası, Azərbaycan Mühəndislik Akademiyası və “Azərkosmos” ASC-nin təşkilatçılığı ilə keçirilən konfransda ABŞ, İngiltərə, Rusiya və Qazaxıstandan nümayəndələr iştirak edirlər.
Tədbir iştirakçıları əvvəlcə Milli Aviasiya Akademiyasının tələbələrinin əl işlərindən ibarət “Aviamodelizm” sərgisinə və “Səma-Sky” jurnalının rəssamı Natiq Qurubəyin “Alimlərin zarafatı davam edir” sərgisinə baxıblar.
Konfransda Milli Aviasiya Akademiyasının prorektoru Ədalət Səmədov bildirib ki, fevral ayı Azərbaycan üçün bir çox əlamətdar hadisələrlə zəngindir. Fevralın 2-si ölkəmizdə Gənclər Günü kimi qeyd olunur. Həmçinin 2013-cü ilin fevralında Azərbaycanın ilk telekommunikasiya peyki - “Azərspace-1” uğurla orbitə buraxılıb. Fevral ayında daha bir əlamətdar hadisə odur ki, biz Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayevin və dünya şöhrətli alim, bu ali təhsil ocağında aerokosmik məsələlər üzrə məsləhətçi vəzifəsində çalışan akademik Roald Saqdeyevin doğum gününü qeyd edirik.
Ədalət Səmədov diqqətə çatdırıb ki, artıq üçüncü dəfədir keçirilən konfrans gənclərə elmi müzakirələrdə iştirak etməyə, elmi mərkəzlərlə tanış olmağa və yeni əlaqələr qurmağa imkan yaradır. Üç gün davam edəcək konfrans çərçivəsində səkkiz bölmə üzrə mülki aviasiya və kosmik sahənin aktual problemlərinə həsr olunan 120 məruzə dinləniləcək. Həmçinin Azərbaycanın tanınmış alimlərinin iştirakı ilə ustad dərsləri, seminarlar və “dəyirmi masa”lar nəzərdə tutulub. Bundan əlavə, Milli Aviasiya Akademiyası tələbələrinin bədii proqramı təqdim olunacaq.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə və təhsil nazirinin müavini Firudin Qurbanov konfransın işinə uğurlar arzulayıblar. Çıxışlarda təhsil sisteminin inkişafının və yüksək təhsilli elmi kadrların yetişdirilməsinin hazırda dünya qarşısında duran vacib məsələlərdən biri olduğu qeyd edilib. Vurğulanıb ki, Azərbaycanda da elm və təhsil sahəsinin inkişafı dövlətin qarşısında duran əsas vəzifələrdən biridir. Azərbaycanda fəaliyyət göstərən ali məktəblər sırasında Milli Aviasiya Akademiyasının xüsusi rolundan danışılıb, bu ali təhsil müəssisəsində ildən-ilə tələbələrin, doktorantura sahəsində oxuyanların sayında artım müşahidə olunduğu diqqətə çatdırılıb.
Plenar iclasda yazıçı-jurnalist, kosmik problemlər üzrə mütəxəssis Vladimir Qubarev “Kosmosa ilk addımlar. Şahidin sübutu. Niyə Yerdən kənara uçuruq? Adi insanın düşüncələri ...”, ABŞ-ın Arizona Universitetindən İldar Qabitov “Biofotonika - canlı sistemlərin əsaslarını öyrənən istiqamət kimi” və Roald Saqdeyev “Kosmik elmin müasir vəziyyəti” mövzularında məruzələrlə çıxış ediblər.
Konfrans işini bölmə iclaslarında davam etdirir.

Kəmalə Rəhimli


Bakıda aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialına dair beynəlxalq konfrans keçirilirBakıda aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialına dair beynəlxalq konfrans keçirilirBakıda aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialına dair beynəlxalq konfrans keçirilirBakıda aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialına dair beynəlxalq konfrans keçirilirBakıda aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialına dair beynəlxalq konfrans keçirilirBakıda aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialına dair beynəlxalq konfrans keçirilir

Oxşar xəbərlər