Magistraturalara ərizə qəbulunun vaxtı uzadılıb

Magistraturalara ərizə qəbulunun vaxtı uzadılıb Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına elektron ərizə qəbulunun vaxtı fevralın 13-ü saat 12:00-dək uzadılır.
Ərizələrini doldurmuş, lakin hələ təsdiq etməmiş bakalavrlar həmin tarixədək elektron ərizələrini təsdiq edə bilərlər.
Fevralın 12-si saat 17:55-ə olan məlumata əsasən, 12 min 260 bakalavr ərizə doldurub və onlardan 11 min 731-i öz ərizəsini təsdiq edib.
Namizədlərin nəzərinə çatdırılır ki, elektron ərizələrin Sənəd Qəbulu Komissiyası fevralın 13-ü saat 12:00-dək Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında fəaliyyət göstərəcək.

Tehsil-press.az

Oxşar xəbərlər