Azərbaycanda Universitetlərə tələbə qəbulunda mühüm yenilik

Azərbaycanda Universitetlərə tələbə qəbulunda mühüm yenilik Nazirlər Kabineti "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları"nda dəyişikliklər edib.
Dövlət İmtahan Mərkəzinin (DİM) təklifinə əsasən edilən dəyişikliklərə görə, qaydaların 1 nömrəli əlavəsində "İxtisas qrupları və ixtisaslar" üzrə I ixtisas qrupu sütununda "İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi" ixtisası ləğv edilib.
Əvəzində I ixtisas qrupu sütununa aşağıdakı məzmunda 79-84-cü hissələr əlavə edilib:
79. İnformasiya texnologiyaları
80. Sistem mühəndisliyi
81. Sənaye mühəndisliyi
82. Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi
83. Şəhərsalma
84. Şərabçılıq.

II ixtisas qrupu sütununa isə aşağıdakı məzmunda 21-ci və 22-ci hissələr əlavə edilib:
21. Davamlı inkişafın idarə edilməsi
22. İdman menecmenti və kommunikasiya

IV ixtisas qrupu sütununa aşağıdakı məzmunda 16-18-ci hissələr əlavə edilib:
16. Bitki mühafizəsi
17. Bağçılıq və tərəvəzçilik
18. Bədən tərbiyəsi və idmanda reabilitasiya

V ixtisas qrupu sütununa aşağıdakı məzmunda 22-ci və 23-cü hissələr əlavə edilib:
22. Məşqçi (idman növü üzrə)
23. Rəqs müəllimliyi.

Tehsil-press.az

Oxşar xəbərlər