Sabah hava bəzi yerlərdə çiskinli olacaq

Sabah hava bəzi yerlərdə çiskinli olacaq Ölkə ərazisində fevralın 22-nə gözlənilən hava proqnozu açıqlanıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə arabir çiskinli olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 7-9, Bakıda 4-6, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.
Bölgələrdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 1-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Tehsil-press.az

Oxşar xəbərlər