ADU-da “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” adlı kitabı ilə bağlı fikir mübadiləsi aparılıb

ADU-da “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” adlı kitabı ilə bağlı fikir mübadiləsi aparılıb Martın 2-də Azərbaycan Dillər Universitetində (ADU) “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” adlı kitabının silsilə təqdimatları başlayıb.
Təhsil fakültəsinin dekanı, professor Fikrət Cahangirov çıxışında bildirib ki, kitabda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ildən bəri müsahibə və çıxışlarında multikulturalizmin Azərbaycan modeli haqqında dəyərli fikirləri toplanıb, kitabda onun təşəbbüsü və rəhbərliyi altında ölkəmizin multikulturalizm, o cümlədən mədəniyyətlərarası və dinlərarası dialoqun inkişaf etdirilməsi səhəsində həyata keçirdiyi layihələrdən, bu sahədə həm ölkə daxilində, həm də beynəlxalq aləmdə əldə edilən nailiyyətlərdən bəhs olunur. Fikrət Cahangirov Azərbaycanda multikultural dəyərlərin əsasının Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründən başladığını qeyd edib. Azərbaycandakı müxtəlif millətlər və etnik qrupların həmişə dinc şəraitdə yaşadığını deyən dekan ölkəmizdə onların mədəniyyətinə və adət-ənənəsinə hörmətlə yanaşıldığını söyləyib. O, multikulturalizmin artıq həyat tərzimizə çevrildiyini qeyd edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru vəzifəsini əvəz edən Rəvan Həsənov bu kitabın müzakirəsi üçün yaratdığı şəraitə görə ADU rəhbərliyinə təşəkkürünü bildirib. O, söyləyib ki, Azərbaycan, rus və ingilis dillərində nəşr olunan kitabın ideya müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, tarix üzrə elmlər doktoru, professor Əli Həsənov, tərtibçiləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin baş məsləhətçisi, fəlsəfə üzrə elmlər doktoru, professor Etibar Nəcəfov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, AZƏRTAC-ın baş redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Cavid Bədəlov və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Sərxanbəy Xuduyevdir. R.Həsənov müxtəlif yerlərdə kitabın təqdimatından, Azərbaycanda multikulturalizm ənənələrinin yaranması və gedişatından söz açıb.
Çıxışçılar Pedaqogika kafedrasının dosenti Oqtay Abasov, İngilis dilinin fonetikası kafedrasının müdiri, professor Fərman Zeynalov, Psixologiya kafedrasının baş müəllimi Əzim Əliyev, Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının professoru Çəmən Babaxanova, Təlimdə innovasiyalar kafedrasının müəllimi Türkan Abbasova, Xarici dillər kafedrasının müəllimi Afər Həşimli, Xarici dillərin tədrisi metodikası kafedrasının baş müəllimi Aytən Kazımova və həmin kafedranın müəllimi Könül Fərəcbəyli, İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, dosent Amil Cəfərov, Təhsil fakültəsinin tələbəsi Rəna Süleymanlı Azərbaycanda mültikulturalizm və tolerantlıq ənənələrindən, ölkəmizin xarici ölkələrdə tanıdılması istiqamətində kitabın əhəmiyyətindən danışıblar, kitabı Azərbaycan həyatında önəmli hadisə kimi qiymətləndiriblər.
Tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov bildirib ki, bu kitabın çap olunması ilə biz öz dəyərlərimizi, xalqımızın sahib olduğu keyfiyyətləri öyrənirik və öyrədirik. Azərbaycan multikulturalizminin dünyanı heyrətləndirəcək əhəmiyyətə sahib olduğunu deyən S.Hüseynov bu istiqamətdə adıçəkilən kitabın rolundan bəhs edib.

ADU-nun Mətbuat Xidməti


ADU-da “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” adlı kitabı ilə bağlı fikir mübadiləsi aparılıb
ADU-da “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” adlı kitabı ilə bağlı fikir mübadiləsi aparılıbADU-da “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” adlı kitabı ilə bağlı fikir mübadiləsi aparılıbADU-da “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” adlı kitabı ilə bağlı fikir mübadiləsi aparılıbADU-da “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” adlı kitabı ilə bağlı fikir mübadiləsi aparılıbADU-da “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” adlı kitabı ilə bağlı fikir mübadiləsi aparılıbADU-da “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” adlı kitabı ilə bağlı fikir mübadiləsi aparılıbADU-da “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” adlı kitabı ilə bağlı fikir mübadiləsi aparılıbADU-da “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” adlı kitabı ilə bağlı fikir mübadiləsi aparılıbADU-da “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” adlı kitabı ilə bağlı fikir mübadiləsi aparılıbADU-da “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” adlı kitabı ilə bağlı fikir mübadiləsi aparılıbADU-da “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” adlı kitabı ilə bağlı fikir mübadiləsi aparılıb

Oxşar xəbərlər