Paytaxt yollarında təmizlik işləri görən xanımlara gül və hədiyyə kartı verilib

Paytaxt yollarında təmizlik işləri görən xanımlara gül və hədiyyə kartı verilib 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Bakı Nəqliyyat Agentliyi (BNA) maraqlı aksiya keçirib.
Aksiya çərçivəsində Agentliyin əməkdaşları kommunal xidmət sahəsində çalışan xanımları təbrik edib. Paytaxt yollarında təmizlik işləri ilə məşğul olan xanımlara gül və ərzaq dükanından alış-veriş etmək üçün hədiyyə kartı verilib.
Bakı Nəqliyyat Agentliyinin kollektivi xanımları 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə ürəkdən təbrik edir, hər birinə cansağlığı, səadət və işlərində nailiyyətlər arzulayır!

Tehsil-press.az

Oxşar xəbərlər