Türkiyənin şimalında Çorum rayonunun Osmancıq şəhərində avtobusun iştirakı ilə ağır yol qəzası baş verib. Tehsil-press.az-ın türk mediasına istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində 6 nəfər ölüb, 19 nəfər isə yaralanıb. Ölənlərin sayının artacağı istisna olunmur. Qeyd olunur ki, avtobus park edilmiş yük avtomobilinə çırpılıb.