Ramil Usubov əsgərlərlə nahar edib

Ramil Usubov əsgərlərlə nahar edib Bu gün daxili işlər naziri, general-polkovnik Ramil Usubov Daxili Qoşunların Bakıda yerləşən “N” saylı hərbi hissəsində olub.
Novruz bayramı münasibətilə əsgər və zabitləri təbrik edən nazir şəxsi heyətin kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu və təminat-təchizatı ilə yaxından tanış olub, ərazidə aparılan quruculuq-abadlıq işləri ilə maraqlanıb.
R. Usubov və nazir müavini - Daxili Qoşunların Komandanı Şahin Məmmədov hərbi hissənin yeməkxanasında bayram süfrəsində əsgərlərlə birlikdə nahar ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər